Nərimanov rayonu ərazisindəki mənzillərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən S.Dadaşova saxlanılmışdır
23.01.2020Nərimanov RPİ 18-ci Polis Şöbəsinə rayon ərazisindəki mənzillərin birindən yanvarın 22-də saat 10-dan 23-dək olan müddətdə 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Dadaşova saxlanılmış və o, bu cinayət əməlini törtəməsini etiraf etmişdir.