Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini M.Əliyev müəyyən edilərək saxlanılmışdır
16.01.2020DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini R.Kərimov yanvarın 16-da Ə.Naxçıvani küçəsindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş M.Əliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.Araşdırma aparılır.