Astara rayonunun Ərçivan qəsəbə sakini T.Məstiyevdən ümumilikdə 654 qram heroin götürülmüşdür
16.01.2020Astara RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Məstiyev 150 qram heroini 4000 manata satarkən saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 504 qram heroin götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.