Astara şəhər sakini Ş.Səmədli narkotik vasitə olan heroin satarkən saxlanılmışdır
12.01.2020Astara RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Səmədli narkotik vasitə olan heroin satarkən saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 10 qram, evindən isə 520 qram heroin aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.