Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ə.Babayev saxlanılmışdır
12.01.2020Sabunçu RPİ 15-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Babayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun Kürdəxanı qəsəbəsindəki evindən 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülmüşdür.