Quldurluq törətməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılmışdır
22.12.2019Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Bağışov dekabrın 22-də saat 23 radələrində Moskva prospekti ev 68-in qarşısında 3 nəfərin onu döyərək pulunu aldıqlarını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini V.Hüseynov, Gədəbəy rayon sakini İ.Məmmədov və Siyəzən rayon sakini R.İbrahimov polis əməkdaşları tərəfindən saxlanılmışlar.
Araşdırma aparılır.