Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakini E.İbrahimov saxlanılmışdır
22.12.2019Şirvan ŞPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.İbrahimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 480 qram marixuana götürülmüşdür.