Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Naxçıvan şəhər sakini H.Hacıyevin idarə etdiyi avtomobildən 1 kiloqramdan artıq heroin götürülmüşdür

12.12.2019

Cəlilabad RPŞ və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naxçıvan şəhər sakini H.Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobil Binəqədi rayonu ərazisində saxlanılmışdır.  

Polis əməkdaşları tərəfindən avtomobilin kabinəsinin alt tərəfindəki boşluqdan iki bağlamada çəkisi 1 kiloqram 670 qram heroin aşkar edilərək götürülmüşdür.