Səbail rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları və pul oğurlamaqda şübhəli bilinən F.Allahverdiyev saxlanılmışdır
12.12.2019Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də rayon ərazisindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları, habelə 200 manat və 100 avro pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Allahverdiyev saxlanılmışdır.