Tərtər şəhərində yaşayan M.Behbudovu odlu silahdan atəş açaraq yaralamış S.Ağazadə və onunla birlikdə olan daha 2 nəfər saxlanılmışlar
11.12.2019Dekabrın 9-da Tərtər şəhərində yaşayan M.Behbudovun qırma yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Araşdırmalarla hadisənin münaqişə zəminində Seydimli kənd sakini, əvvəllər məhkum olunmuş S.Ağazadə tərəfindən törədilməsi müəyyən edilmişdir.Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Ağazadənin dekabrın 11-də Binəqədi rayonu ərazisində “Priora” markalı avtomobildə olması müəyyən edilmişdir.Polis əməkdaşları tərəfindən S.Ağazadə və onunla birlikdə olan daha 2 nəfər həmin nəqliyyat vasitəsində saxlanılmışlar.
S.Ağazadədən lüləsi kəsilmiş ov tüfəngi, 6 ədəd patron, 1 ədəd bıçaq, sərnişinlərin birindən isə psixotrop maddə olan 29 ədəd “metanarol” və 11 ədəd “deksanmetazon” həbi aşkar edilərək götürülmüşdür.Onlar Tərtər RPŞ-yə təhvil verilmişlər.