Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A.Sadıqov və N.Süleymanov saxlanılmışlar
11.12.2019Abşeron RPİ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini A.Sadıqov və Bakı şəhər sakini N.Süleymanov saxlanılmışlar. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 10 qramdan artıq marixuana və metamfetamin götürülmüşdür.
Davam etdirilən tədbirlərlə N.Süleymanovun “Mercedes” markalı avtomobilindən isə 1 ədəd beşbarmaq aşkar edilərək götürülmüşdür.