Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlamaqda şübhəli bilinən S.Mirzəyev saxlanılmışdır
21.11.2019Noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olmuşdur.
Müraciətlə əlaqədar dərhal Xızı RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, Şuraabad qəsəbəsində yaşayan T.Mirzəyevanın həyətindəki qarajdan qapının qıfılına açar seçmək yolu ilə “QAZ-31” markalı avtomobil və 1 ton arpa oğurlanmışdır.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “QAZ-31” markalı avtomobil noyabrın 21-də Şorabad kəndi ərazisində tapılmış, oğurluğu törətməkdə şübhəli bilinən Xızı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülmüşdür.