Əvvəllər məhkum olunmuş N.Quliyevə narkotik vasitə satmaqda şübhəli bilinən Ş.Babayev saxlanılmışdır
21.11.2019Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Quliyevdən 21 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.
Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Ş.Babayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə ondan isə 107 qramdan artıq heroin, 101 qramdan artıq marixuana, 39 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi götürülmüşdür.