Siyəzən rayonu ərazisində “Lada” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur
01.11.2019Noyabrın 1-də saat 21 radələrində Siyəzən rayonu ərazisində Xaçmaz şəhər sakini H.İsmayılovun idarə etdiyi “Lada” və Bakı şəhər sakini S.Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər 2 sürücü və sərnişinlərdən 30-35 yaşlı 2 qadın hadisə yerində ölmüş, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.