Goranboy şəhəri ərazisində “VAZ-21011” və “KamAZ” markalı avtomobillər toqquşmuşdur
01.11.2019Noyabrın 1-də saat 17 radələrində Goranboy şəhəri ərazisində Gəncə şəhər sakini A.Abbasovun idarə etdiyi “VAZ-21011” və Qızılhacılı kənd sakini B.Paşayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə “VAZ”-dakı sərnişin, Yevlax rayon sakini Arzu Məmmədov hadisə yerində ölmüş, sürücü isə xəstəxanaya yerləşdirilmişdir.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.