Siyəzən rayonu ərazisindəki mağazaların birindən oğurluq törətməkdə şübhəli bilinən İ.Bəylərov saxlanılmışdır
21.10.2019Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də rayon ərazisindəki mağazaların birindən 3500 manat, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Bəylərov saxlanılmışdır.