Sabirabad rayonu ərazisində piyadanın ölümü ilə nəticələnmiş YNH-ni törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən İ.Kuzmin saxlanılmışdır
21.10.2019Oktyabrın 19-da saat 19 radələrində Sabirabad rayonunun Qalağayın kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Sabirabad şəhər sakini Zenfira Abuşova vurulmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölmüşdür.
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən İ.Kuzmin saxlanılmışdır.