Polis əməkdaşlarının çevikliyi sayəsində intihar cəhdinin qarşısı alınmışdır
09.10.2019Oktyabrın 9-da DİN-in “102” Zəng-Xidməti Mərkəzinə müraciət edən Bakı şəhərində yaşayan İran vətəndaşı oğlunun özünü öldürmək istəməsini bildirmiş və polis əməkdaşlarından kömək istəmişdir.
Dərhal Nərimanov RPİ 18-ci Polis Bölməsinin əməkdaşları qeyd olunan ünvana gəlmişlər.
Seyidrza adlı şəxsin intihar məqsədi ilə Ə.Əlizadə küçəsində yerləşən 17 mərtəbəli binanın damına çıxması müəyyən edilmişdir. Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınmışdır.Araşdırmalar aparılır.