Balakən rayonunun Qazma kəndi ərazisində yol-nəqliyyat hadisəsi
09.10.2019Oktyabrın 9-da saat 21 radələrində Balakən rayonunun Qazma kəndi ərazisində kənd sakini Əsəd Vəliyev idarə etdiyi “VAZ-2114” markalı avtomobillə yolu keçən həmkəndlisi Eşqin Hüseynovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Balakən RPŞ tərəfindən araşdırma aparılır.