Yasamal rayonunun Tbilisi prospektində yol-nəqliyyat hadisəsi
08.10.2019Oktyabrın 8-də saat 3 radələrində Yasamal rayonunun Tbilisi prospektində Abşeron rayon sakini Xəqani Səfərov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Nadir Talıbovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.