Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göyçay rayonu ərazisindəki evlərin birindən 4900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən E.Vahidov saxlanılıb

08.10.2019

Göyçay Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən 4900 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakini Elməddin Vahidov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

E.Vahidov törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı pulun hamısını əyləncə məqsədilə xərclədiyini bildirib.

Faktla bağlı Göyçay RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

08.10.2019 tarixinə olan kriminal məlumatlar