Kəpəz rayonu ərazisində oğurluq və dələduzluq cinayətlərini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Z.İsmayılov saxlanılmışdır
08.10.2019Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 evdən məişət əşyası və 3 nəfərin mobil telefonlarını oğurlamaqda, habelə 1 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Z.İsmayılov saxlanılmışdır.