Narkotik vasitə ilə tutulmuş N.İbrahimovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində törətdiyi digər cinayət əməlləri də müəyyən edilib
06.10.2019Narkotik vasitə ilə tutulmuş N.İbrahimovun ətrafında Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 2-də Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Əliyev və T.Məmmədovla birgə rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.
Davam etdirilən tədbirlərlə R.Əliyev və T.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılmışlar.