Oğurluq etməkdə şübhəli bilinən Binə qəsəbə sakini Ə.Şıxəliyev saxlanılmışdır
06.10.2019Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Mustafayev evindən oğurluq edildiyini bildirmişdir.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. Evdən qapının qıfılını sındırmaq yolu ilə 800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ə.Şıxəliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.