Pakistan vətəndaşı olan iki şəxsi aldadaraq pullarını almaqda şübhəli bilinən həmyerliləri saxlanılmışdır
20.09.2019Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən 2 Pakistan vətəndaşı sentyabrın 18-də aldadılaraq 3000 ABŞ dolları və 2300 manat pullarının alındığını bildirmişlər.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən həmyerliləri saxlanılmışdır.