Şəmkir rayonunun Könüllü kəndi ərazisində yol-nəqliyyat hadisəsi
20.09.2019Sentyabrın 20-də saat 12 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində Gəncə şəhər sakini Ü.Şabanov idarə etdiyi “Niva-Chevrolet” markalı avtomobili aşırmışdır. Nəticədə sərnişini, Gəncə şəhər sakini Asif Cəfərov hadisə yerində ölmüş, sürücü xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.