Şamaxı şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
16.09.2019Sentyabrın 16-da saat 16 radələrində Şamaxı şəhərinin ərazisində Dəmirçi kənd sakini Səməd Balayev idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən şəhər sakini, 8 yaşlı Yusif Nuruyevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölmüşdür.
Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.