Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri S.Cəfərov və E.Qasımov saxlanılmışlar
16.09.2019Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Cəfərov və E.Qasımov saxlanılmışlar.
Ətraflarında aparılmış tədbirlərlə onların daha 3 həyətyanı sahədən məişət əşyaları, 1 evdən isə təmir-tikinti alətləri, məişət əşyaları və inşaat materialları oğurlamaları da müəyyən edilmişdir.