Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri O.Piriyev və M.Adilov saxlanılmışlar

09.09.2019

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini R.Əhmədov sentyabrın 5-də gecə saatlarında həyətinə girmiş 2 nəfərin onu bıçaqla hədələyərək göyərçinlərini apardığını bildirmişdir.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş O.Piriyev və M.Adilov polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.