Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini F.Cəfərova qarşı quldurluq etmiş Yevlax rayon sakini C.Tapdıqzadə və M.Hacıyev saxlanılmışlar

09.09.2019

Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov sentyabrın 9-da gecə saatlarında naməlum 2 nəfərin onun sifətinə yumruqla xəsarət yetirərək 700 manat pulunu və mobil telefonunu aldıqlarını bildirmişdir.

Dərhal başlanılmış əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş C.Tapdıqzadə və M.Hacıyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Yasamal RPİ-də araşdırma aparılır.