Oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini D.Abışov saxlanılmışdır
09.09.2019Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olmuşdur.
Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. Mağaza sahibi oradakı seyfdən 1856 manat pulun oğurlandığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini D.Abışov saxlanılmışdır.Araşdırma aparılır.