Şəmkir rayonunda qarət məqsədilə girdiyi evin sahibinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməkdə şübhəli bilinən R.Vəliyev saxlanılmışdır
05.09.2019Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Xuluf kənd sakini E.Atakişiyev sentyabrın 4-də axşam saatlarında evinə girmiş maskalı şəxsin onunla rastlaşdıqda qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməsini bildirmişdir.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Vəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Faktla əlaqədar cinayət işi başlanmışdır.