Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində yol-nəqliyyat hadisəsi
05.09.2019Sentyabrın 5-də saat 20 radələrində Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində Nabran kənd sakini M.Orucov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini İslam Cəmiyevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.