Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qəsdən adam öldürməkdə şübhəli bilinən Daşkəsən rayon sakini T.İsmayılov könüllü olaraq istintaqa təslim olmuşdur

04.09.2019

Sentyabrın 3-də Binəqədi rayonu ərazisindəki kafelərin birindən Saatlı rayon sakini Əflan İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olmuşdur.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Aparılmış istintaq, əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş T.İsmayılov könüllü olaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gələrək istintaqa təslim olmuşdur.

04.09.2019 tarixinə olan kriminal məlumatlar