Paytaxtın Nizami rayonu ərazisindəki evlərin birindən pul, qızıl-zinət əşyaları və 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən E.Əliyev saxlanılmışdır
04.09.2019Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 ABŞ dolları, 15000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılmışdır.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışda olduğu da müəyyən edilmişdir.