Tovuz rayonunun Abulbəyli kəndi ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Ə.İsgəndərov saxlanılmışdır
22.08.2019Avqustun 22-də Tovuz rayonunun Abulbəyli kəndi ərazisindəki evlərin birindən Rayon Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gəlmiş RMŞ əməkdaşları tərəfindən evin qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Gədəbəy rayon sakini Ə.İsgəndərov saxlanılaraq aidiyyatı üzrə Tovuz RPŞ-yə təhvil verilmişdir.