Nəsimi rayonu ərazisində avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən S.Həsənzadə saxlanılmışdır
22.08.2019Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də rayon ərazisində “Mercedes” markalı avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş S.Həsənzadə saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun daha 2 avtomobildən pul oğurlaması müəyyən edilmişdir.