Bakı şəhər sakini M.Cavadova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən N.Məmmədov saxlanılmışdır
12.08.2019Avqustun 12-də Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisindən Bakı şəhər sakini M.Cavadov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir.
Suraxanı RPİ 33-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılmışdır.