Sabirabad rayonunun Qaratoğay kəndi ərazisində yol-nəqliyyat hadisəsi
12.08.2019Avqustun 12-də saat 14 radələrində Sabirabad rayonunun Qaratoğay kəndi ərazisində Sumqayıt şəhər sakini Ə.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırmışdır.
Nəticədə Ə.Məmmədovun sərnişinlərindən nəvəsi Əşrəf hadisə yerində ölmüş, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.