Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə qəsəbə sakini Z.Süleymanova vurulmuşdur
06.08.2019Avqustun 6-da saat 17 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zöhrə Süleymanovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.