Masallı rayonu ərazisindəki bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən N.Səmədov Bakı şəhərində saxlanılmışdır
06.08.2019Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki bir avtomobildən ümumvətəndaşlıq pasportu, mobil telefon aksesuarı, 10 min manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Səmədov Bakı şəhərində saxlanılmışdır.