Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
05.08.2019Avqustun 5-də saat 7 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Nəriman Binnətovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.