Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
05.08.2019Avqustun 5-də saat 1 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini P.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Mədinə Sovqatovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.