Beyləqan rayonunun Daşburun kəndi ərazisində yol-nəqliyyat hadisəsi
04.08.2019Avqustun 4-də saat 15 radələrində Beyləqan rayonunun Daşburun kəndi ərazisində Dünyamalılar kənd sakini Süleyman Hüseynovun idarə etdiyi “VAZ-2109” və İmişli rayon sakini İ.Mirzəyevin idarə etdiyi “QAZ-3302” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə S.Hüseynov hadisə yerində ölmüşdür.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.