Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür

04.08.2019

Əldə edilən məlumat əsasında Salyan RPŞ-nin əməkdaşları tərəfindən Yeni Uluxanlı kənd sakini C.Cabbarova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. 

Daxil olmuş məlumat əsasında İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qalıncaq kəndinin meşə zolağında kənd sakini B.Niftalıyev tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu və 39,79 qram marixuana aşkar edilərək götürülmüşdür.

Görülmüş tədbirlərlə B.Niftalıyev tutulmuşdur.