Tərtər rayon sakini E.Nəcəfova odlu silahdan açdığı atəşlə xəsarət yetirmiş F.İsmayılov könüllü olaraq təslim olmuşdur
01.08.2019Avqustun 1-də Bərdə rayonunun Seyidyusifli kəndi ərazisində Tərtər rayon sakini F.İsmayılov münaqişə zəminində odlu silahdan açdığı atəşlə həmyerlisi E.Nəcəfovun bud nahiyələrinə xəsarət yetirdikdən sonra könüllü olaraq Tərtər RPŞ-yə gəlmişdir.
Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zamanı cinayətdə istifadə edilmiş “AKS” markalı silah, 1 ədəd patron darağı və 37 ədəd patron aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.