Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və marixuana aşkar edilərək götürülmüşdür
01.08.2019Balakən RPŞ və Zaqatala Dövlət Təbiət Qoruğu əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsində naməlum şəxs tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 25 kiloqram olan çətənə kolu və 17 kiloqram 695 qram marixuana aşkar edilərək götürülmüşdür.