Yevlax şəhər sakini A.Cəfərovanın pul kisəsini soyğunçuluq yolu ilə oğurlamaqda şübhəli bilinən S.Məmmədov saxlanılmışdır
31.07.2019Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 29-da şəhər ərazisində yerləşən bazarda şəhər sakini A.Cəfərovaya məxsus, içərisində 3360 manat və bankomat kartları olan pul kisəsinin soyğunçuluq yolu ilə oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanmışdır.