Gəncə şəhəri ərazisində “Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölmüşdür
31.07.2019İyulun 30-da saat 12 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini X.Həsənovun idarə etdiyi “Mercedes” və Daşkəsən rayon sakini Ə.Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə Ə.Əliyevin sərnişini, Gəncə şəhər sakini Nazim İsmayılov xəstəxanaya yerləşdirilmiş və iyulun 31-də orada ölmüşdür.
Araşdırma aparılır.