Tovuz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
19.07.2019İyulun 19-da saat 22 radələrində Tovuz şəhərinin ərazisində şəhər sakini A.Abdullayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Qədirli kənd sakini Məhəmməd Həsənovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.